Modern.az

Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

Təhsil

7 İyun 2014, 13:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 08-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 17-22, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 08-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu