Fövqəladə Hallar Nazirliyi iki qardaşın öülümü barədə məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonu, Böyük Dəhnə kəndində (rayon mərkəzindən 30 km aralı) 1983-cü il təvəllüdlü Osmanov Ruslan Əbdülrəhman oğluna məxsus "VOLKSWAGEN" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə avtomobilin sürücüsü R.Osmanov və sərnişin (qardaşı) 1988-ci il təvəllüdlü Osmanov Fəqan Əbdülrəhman oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişlər.
Modern.az