Modern.az

Zakir Qaralov Gəncədə vətəndaşları qəbul edəcək

Zakir Qaralov Gəncədə vətəndaşları qəbul edəcək

Təhsil

9 İyun 2014, 10:48

Baş prokuror Zakir Qaralov Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarında yaşayan vətəndaşlarla görüşəcək.

Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  qəbul iyunun 20-də saat 11:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında baş tutacaq. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu