Modern.az

Əli Həsənov Mingəçevir və Ağdamdakı yeni köçkün şəhərciyində - FOTO

Əli Həsənov Mingəçevir və Ağdamdakı yeni köçkün şəhərciyində - FOTO

Təhsil

9 İyun 2014, 12:06

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevir və Ağdamda məcburi köçkünlər üçün salınan yeni məhəllədə  tikinti işlərinin gedişi ilə tanış olub.

Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevir şəhərində  məcburi köçkünlər üçün salınan yeni məhəllədə  tikinti işlərinin gedişi ilə maraqlanıb. Ərzai ilə yaxından tanış olan Əli Həsənov inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib, onlara təklif və  tövsiyələrini verib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir və ərazidə 11 ədəd 9 mərtəbəli binaların tikintisi nəzərdə tutulur. 594 ailəlik yaşayış kompleksində eyni zamanda məktəb binası,uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzinin də tikintisi planlaşdırılıb. Hazırda Dövlət Proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazisində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr  inşa edilir” deyə Ə. Həsənov bildirib.

Müşavirədə çıxış edən tikinti şirkətlərinin nümayəndələri də inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını və istənilən qədər texnikanın, işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildiriblər.
Əli Həsənov həmçinin Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə  də baş çəkib. Qəsəbədə 440 şagird yerlik yeni məktəb binası, 50 çarpayılıq uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi və poçt binası da tikilib. Qəsəbənin qaz, su, və elektrik  ilə tam təchiz olunacağı baş nazirin diqqətinə çatdırılıb.

Sonra Baş nazirin müavini Əli Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə də görüşüb. O bildirib ki, məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələdir, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu