Modern.az

Sayman Aruzun əsərləri qarət olunub

Sayman Aruzun əsərləri qarət olunub

Təhsil

9 İyun 2014, 14:16



Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruzun roman, hekayə və şerləri plagiat qurbanı olub. Yazıçının Modern.az-a verdiyi açıqlamasına görə, onun  “Yüz il inqilab” romanı güneyli yazar Rüqəyya Kəbiri tərəfinfən istismar edilib. “Postmodern azadlıq ” hekayəsi isə gənc yazar Günel İmran tərəfindən özəlləşdirilib:

“Mənim başım Güney Azərbaycan ədəbiyyatı şöbəsinin işlərinə qatışıb. Demə, plagiatlar sürətlə "yaradıcılığa" davam edirlər. Bir neçə ay qabaq dostlarımın biri mənə xəbər verdi ki, gənc yazar Günel İmran "Postmodern azadlıq" adlı hekayəmi bir balaca dəyişdirərək "Qoyun" hekayəsi yazıb. Həmin hekayəni oxuyub dəhşətə gəldim ki, Allahım, day bu qədər də olmaz da! Yenə də abır eləyib heç nə demədim. 2-3 ay öncə də xəbər aldım ki, "Yüz il inqilab" romanımın süjetini götürərək "Evim" adlı roman yazılıb! Təəssüf ki, bu dəfə hörmət elədiyim güneyli yazar Rüqəyyə Kəbiri adlı dostum bu işi görüb. Bunu görəndə çox üzüldüm. İndi də şerlərim... Nə yaxşı olar ki, özünüz öz yaradıcılığınızı işə salasınız, dostlar. Plagiatın ömrü 40 gündür”.   Elmin Nuri  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu