Bakıda keçiriləcək “Rose Roth” seminarında NATO üzvləri və bu təşkilata assosiativ üzv olan bütün dövlətlər dəvətlidir”. Bunu Modern.az-a NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, Azərbaycan öz tərəfindən bütün dövlətlərin həmin tədbirdə iştirakına təminat verir. Siyavuş Novruzovun sözlərinə görə, Ermənistan NATO PA-nın assosiativ üzvü olduğundan Bakıda keçiriləcək tədbirdə iştirak edə bilərlər: “Tədbirə onlar da dəvətlidir. İştirak edib-etməmələri isə artıq onların özü və NATO Parlament Assambleyasının rəhbərliyi tərəfindən müəyyən olunacaq”.
Qeyd edək ki, iyunun 16-18 də Bakıda NATO PA-nın “Rose Roth” adlı seminarı keçiriləcək. Ermənistanın hakim Respublika Partiyasının nümayəndəsi Koryun Naapetyan isə bildirib ki, tədbirdə ermənilərin də deputat qrupu iştirak etmək niyyətindədir.
Aqşin Kərimov