Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiyanın paytaxtı Moskvaya yola düşüb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfərdə məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin müdafiə nazirlərinin şura iclasında iştirak etməkdir.
Qeyd edək ki, KTMT-ya Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan daxildir.Modern.az