İyunun 8-də Sabirabad rayonu Sarxanbəyli kəndinin ərazisində bədbəxt hadisə baş verib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Bəxtiyar Sevdimalıyev balıq ovlayarkən Mil-Muğan kollektoruna yıxılaraq suda boğulub. Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.
Modern.az