Modern.az

Azərbaycan təmsilçisi kartinq üzrə 3-cü yer tutub - FOTO

Azərbaycan təmsilçisi kartinq üzrə 3-cü yer tutub - FOTO

Təhsil

9 İyun 2014, 15:40

Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev kartinq üzrə 2014-cü il  Bolqarıstan açıq çempionatında 3-cü yer tutub.  Modern.az xəbər verir ki, “DD2” kateqoriyasında çıxış edən kartinqçimizin iyunun 8-də Köstəndil şəhərində keçirilən final mərhələsində ən sürətli dövrəsi 46,824 saniyə olub. Yarış ümumilikdə 12 dövrədən ibarət idi. Təmsilçimiz 12 yarış dövriyyəsində 9 dəqiqə 30 saniyə ilə nəticə əldə edib.  

Qeyd edək ki, 17 yaşlı Gülhüseyn Abdullayev kartinq üzrə Bolqarıstan çempionatının 2014-cü ilin may ayında Yunanıstanın Seres şəhərində keçirilmiş ilk mərhələsində 3-cü yeri tutmuşdu. İyunun 7-də isə Bolqarıstanın Köstəndil şəhərində təsnifat mərhələsində uğurlu nəticə göstərərək final mərhələsinə adlamışdı. Finalda onun rəqibləri Bolqarıstandan olan Simeon Simeonov, Vasil Kolarov, İvaylo Donçev idi. Çempionatda 1-ci yeri Simeon Simeonov, 2-ci yeri isə Vasil Kolarov tutub. Xatırladaq ki, bu, Gülhüseyn Abdullayevin “DD2” kateqoriyasında ilk çıxışı idi.

Gülhüseyn Abdullayev kartinq üzrə Azərbaycan və Türkiyə çempionu olub. 2013-cü ilin noyabrında ABŞ-ın Nyu-Orlean şəhərində keçirilmiş "Rotax Max Challenge Grand Finals" dünya çempionatında iştirak edərək bu avto yarışda ilk dəfə Azərbaycanın bayrağını yüksəldib.

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu