Ukraynanın şərqində Slavyansk şəhərində aparılan antiterror tədbirləri nəticəsində 8 yaşlı uşaq həlak olub. Modern.az bildirir ki, bazar günü öldürülən uşağın ölüm xəbərini Donests separatçı hərəkatı təsdiq edib. O, qəlpə yaralarından həyatını itirib. Bu Slavyanskda döyüşlər başlanandan bəri həlak olan ilk uşaqdır. Hazırda ilk dəfə olaraq atışmalar şəhər ətrafına gəib çatıb. İlkin hesablamalara görə, silahlı müqavmət göstərən dəstənin beş üzvü o cümlədən dinc sakinlər həlak olub.
X.SƏFƏRLİ