Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 17-də Binəqədi rayonu ərazisində yaşayan məcburi köçkünləri Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında qəbul edəcək.
Dövlətqaçqınkomun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbula yazılma saat 9.00-dan 10.00-dək Binəqədi Rayon İcra Hakimiyyətində təşkil ediləcək.
Qəbul saat 10.00 - dan başlayacaq.
Modern.az