Modern.az

Nazirlik insan alveri qurbanlarına yardımlar göstərib

Nazirlik insan alveri qurbanlarına yardımlar göstərib

Təhsil

10 İyun 2014, 11:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki  İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi yanvar-may aylarında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 21 nəfər insan alveri qurbanına və 12 nəfər insan alverinin potensial qurbanına müxtəlif formada yardımlar göstərib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinən Modern.az-a verilən məlumata görə, qeyd olunan şəxslərdən 3 nəfərinə maliyyə yardımı  göstərilib, 4 nəfər ünvanlı dövlət sosial yardımının təyinatı üçün müvafiq rayon ƏSMM-nə, 2 nəfər isə məşğulluqlarının təminatı üçün Dövlət Məşğulluq Xidmətinə  istiqamətləndirilib. Habelə 6 nəfərə psixoloji, 2 nəfərə tibbi,  17 nəfərə hüquqi yardımlar göstərilib, 1 nəfər belə şəxsin övladı körpələr evi – uşaq bağçasına yerləşdirilib. Mərkəz digər şəxslərin də hər biri ilə fərdi qaydada iş apararaq, onların bu və ya digər çətinliklərinin aradan qaldırılması, reinteqrasiyası  və sosial reabilitasiyası məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Eyni zamanda, insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün  Mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında müxtəlif formalı ictimai maarifləndirmə işləri aparılıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu