Modern.az

Təbriz Universiteti Qafqaz universitetlərinin birliyinə üzv oldu

Təbriz Universiteti Qafqaz universitetlərinin birliyinə üzv oldu

Təhsil

10 İyun 2014, 11:53


Təbriz Universiteti Qafqaz Universitetlər Birliyi (QUB) ilə əməkdaşlıq protokolu imzalayıb. Modern.az “Fars” agentliyinə istinadən xəbər verir ki, sözügedən ali təhsil müəssisəsi Birliyə Türkiyənin paytaxtı Ankarada üzv olub. Buna qədər QUB-un 19 üzvü vardı.
“Mövlana Protokolu” adlandırılan protokolla Təbriz Universitetinin üzv ölkələrin universitetləri ilə təhsil, araşdırma sahəsində əməkdaşlıqla bərabər, video konfrans vasitə ilə ortaq müzakirələrin tərtibi nəzərdə tutulur.

Qeyd edək ki, Ərdəhan Universitetinin ev sahibliyi ilə keçən sayca 4-cü Qafqaz Universitetlər Birliyi zirvəsində Türkiyə, Şimali Kİpr, Azərbaycan və digər ölkələrin ali təhsil müəssisələri qatılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu