Modern.az

Hadi Rəcəbli gənclərə vətənpərvərliklə bağlı danışıb - FOTO

Hadi Rəcəbli gənclərə vətənpərvərliklə bağlı danışıb - FOTO

Təhsil

10 İyun 2014, 12:13

Gənclər və İdman Nazirliyi ölkəmizin dörd bölgəsində Quba, Xaçmaz, Lənkəran və Oğuzda təşkil etdiyi “Azərbaycan Doğma Diyarımdır” vətənpərvərlik, yay istirahət düşərgələri artıq bir neçə gündür ki, fəaliyyətə başlayıb. Lənkərana gələn məktəblilər əsasən Saatlı, Sabirabad, Şirvan, Hacıqabul və Beyləqan rayonlarında olublar.

Modern.az xəbər verir ki, gənclər qarşısında çıxış edən Millət Vəkili Hadı Rəcəbli  düşərgə iştirakçılarına dövlətin gənclər siyasətinin istiqamətləri, sosial sahədə görülən işlər barədə məlumat verib və onların suallarını cavablandırıb. İştirakçılardan Şıxəliyev Rəşid xaricdə təhsillə bağlı sualına cavab olaraq Hadi Rəcəbli bildirib ki, Azərbaycanda xaricdə təhsillə bağlı çox işlər görülüb və dövlət proqramına uyğun olaraq hər il müəyyən sayda gənc təhsil almaq üçün xaricə göndərilir. Deputat qeyd edib ki, artıq xarici ölkələrdən də təhsil almaq üçün Azərbaycana gəlirlər. Digər iştirakçı Atamoğlanov Əli və Həmidov Akif gənclərin asudə vaxtlarının təşkil ilə əlaqədər sualına münasibət bildirən millət vəkili bununla bağlı dövlət tərəfindən bir çox layihələr həyata keçirildiyini nəzərə çatdırıb. Yekunda şagirdlər belə düşərgələrin gənclərin vətənpərvərlik, kommunikallıq, asudə vaxtın təşkili, idmana həvəs və digər istiqamətlərdə fəallığın artmasına göstərdiyi təsirdən danışıblar.

Sonda gənclər ölkəmizdə uşaqlara və gənclərə göstərilən daimi qayğı və diqqətə görə möhtərəm prezidentimiz İlham Əliyevə öz dərin minnətdarlıq və razılığını çatdırıblar. Uşaqlar  millət vəkili ilə xatirə şəkli də çəkdiriblər.


  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu