Modern.az

Dənizdə iki nəfər boğuldu

Dənizdə iki nəfər boğuldu

Təhsil

10 İyun 2014, 12:17

İyunun 9-da Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Mayak” dəniz çimərliyində Bərdə rayon sakini İlham Hüseynov suda boğulub. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onun meyitinin tapılması üçün tədbirlər davam etdirilir.

İyunun 9-da Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisindəki çimərlikdə Binə qəsəbə sakinləri Elmar Davudov suda boğulub, Ceyhun Əliyev suda batarkən xilasedicilər tərəfindən xilas olunub.

E.Davudovun də meyitinin tapılması üçün tədbirlər davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu