“Habil müəllim maşallah yaxşıdır. Yavaş-yavaş yaxşılaşır. Həkimlər bizə çox kömək etdilər. Sağ olsun səhiyyə naziri Oqtay Şirəliyev, Habil müəllimin sağalması üçün bir çox göstərilər verdi. Sağ olsun həkimlər də əllərindən gələni etdilər və edirlər. İndi Habil müəllim çox yaxşıdır”.
Bunu Modern.az-a açıqlamasında xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib. Qeyd edək ki, qocaman kaman ifaçısı bir neçə gün öncə ağciyər və tənəffüs çatışmazlığı üzündən xəstəxanaya yerləşdirilib. Sonradan müalicəsi evdə davam etdirilən xalq artisti hazırda özünü çox yaxşı hiss edir.
Elmin Nuri