Moskvanın Qərbi Biryulevo rayonunda şəhər sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun məhkəməsi bu gün – iyunun 10-da keçirilməlidir.
Bu barədə Modern.az-a Orxan Zeynalovun anası Yasəmən Zeynalova deyib. O, bildirib ki, oğlu ilə bağlı onlara heç bir məlumat verilmir.
Xatırladaq ki, 2013-ci il oktyabrın 10-da Moskvanın Qərbi Biryulova rayonunda 25 yaşlı Yeqor Şerbakov qətlə yetirilmişdi. Bundan sonra Biryulovoda yerli sakinlər tərəfindən kütləvi iğtişaşlar baş qaldırmışdı. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov ötən il oktyabrın 15-də həbs olunmuşdu.
Orxan Zeynalov Azərbaycanın Şəmkir rayonundandır.
Modern.az