Modern.az

“Əfv fərmanının veriləcəyi haqda bizə məlumat daxil olmayıb” - AÇIQLAMA

“Əfv fərmanının veriləcəyi haqda bizə məlumat daxil olmayıb” - AÇIQLAMA

Təhsil

10 İyun 2014, 13:46



“15 iyun - Qurtuluş günü ilə bağlı əfv fərmanı və ya sərəncamının veriləcəyilə bağlı bizə heç bir məlumat daxil olmayıb”. Bu sözləri hüquq müdafiəçsi Novella Cəfəroğlu KİV-də növbəti əfv sərəncamının veriləcəyi ilə bağlı səslənən məlumatları Modern.az-a şərh edərkən vurğulayıb.

“Amma mən çox istərdim ki, əfv fərmanı imzalansın. Çünki, prezident İlham Əliyev Avropa Şurasının yay ssesiyasında çıxış edəcək. İstərdik həmin çıxışdan qabaq əfv fərmanı imzalasın ki, orada Azərbaycana hər hansı tənqid ünvanlanmasın” - deyə N. Cəfəroğlu bildirib.

  Hüquq müdafiəçisi vurğulayıb ki, Avropa Şurasında hər hansı tənqidə məruz qalmamaq üçün, əfv fərmanının imzalanmasını çox istəyir.

Ayşən Mönsümlü  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu