Deputat qeyd edib ki, bu gün iqtidarı müdafiə edən, onu siyasi hakimiyyətdə reallaşdıran güclü mərkəz mövcuddur. Bu, Yeni Azərbaycan Partiyasıdır. “Bu partiya digər siyasi partiyaların köməyi, yardımı olmadan da öz siyasətini yüksək səviyyədə qurur. Onun yetərincə gücü, potensialı, bazası olduğundan iqtidaryönlü partiyaların vahid mərkəzinin yaradılmasına ehtiyac duymur” – deyə Fəzail Ağamalı qeyd edib.
O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət ölkədə cəmiyyət içərisində YAP-ın mövqelərini möhkəmləndirir. F. Ağamalının sözlərinə görə ölkə rəhbərinin apardığı siyasəti dəstəkləyən partiyalar da mövcuddur. “Bir sıra siyasi partiyalar Yeni Azərbaycan Partiyası ilə dövlətçilikdə, Azərbaycançılıqda, demokratik proseslərin inkişaf etdirilməsində və digər fundamental məsələlərdə vahid mövqedən çıxış edir və baxışlar üst-üstə düşür. Bu baxışlar sayəsində həmin partiyalar YAP-la əməkdaşlıq edir. Eyni zamanda çatışmayan məqamlarla da bağlı fikirlərini ifadə edirlər”.
Aqşin Kərimov