Modern.az

Ukraynada çeçen muzdlularını qarət edib öldürdülər

Ukraynada çeçen muzdlularını qarət edib öldürdülər

Təhsil

10 İyun 2014, 14:52

Luqansk vilayətinin Rubejnom rayonunda çeçen muzdlularını pula görə öldürürlər. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, artıq üç belə fakt müəyyən olunub. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, öldürülən çeçenlərdən birinin kazaklarla münaqişəsi olub, digər iki faktla bağlı hücum edənlər müəyyənləşdirilməyib. Hücum edənlərin yerli özünümüdafiə dəstələrinin nümayəndələri, yaxud əvvəl məhkumluq həyatı yaşayanlar olduğu güman edilir. Məlumatda qeyd edilir ki, qətlə yetirilən hər 3 çeçen qarət olunub. İlkin ehtimala görə, söhbət 10 min dollardan gedir. Digər məlumatda qeyd edilir ki, Ukraynanın Şərqindəki hərbi əməliyyatlarda iştirak edən çeçenlər bunun müqabilində kifayət qədər yüksək haqq alırlar. Xatırladaq ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukraynaya göndərilmək üçün 74 min könüllünün hazır olduğunu bildirmişdi.

 
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu