Modern.az

Poroşenko: “Ukrayna Putinə güzəştə getməyəcək”

Poroşenko: “Ukrayna Putinə güzəştə getməyəcək”

Təhsil

10 İyun 2014, 15:12


Ukraynanın yeni prezidenti Pyotr Poroşenko bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin onun dövləti haqda nə düşündüyü onu maraqlandırmır. Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, prezidentin əsas vəzifəsi güclü ordu və inkişaf edən iqtisadiyyat yaratmaqdır. Bu səbəbdən qeyd edib ki, Rusiya prezidentinin Ukrayna ilə bağlı düşüncələri onu maraqlandırmır:

“Bəlkə də ukraynalıların bəziləri qonşularının İsveç, yaxud Kanada olmasını istərdilər, bizimki Rusiyadır. Ona görə biz ciddi təhlükəsizlik haqda düşünə bilmərik”.

Onun sözlərinə görə, əgər Rusiya tərəfindən Donetsk və Luqansk vilayətlərindəki münaqişənin aradan qaldırılması istiqamətində irəliləyiş olmayacaqsa, Ukrayna Putinə güzəştə getmək niyyətində deyil: “Əgər düzgün danışsaq, şəxsən mənə vətəndaş Putinin mənim dövlətim haqda nə düşündüyü maraqlıdır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu