Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev iyunun 18-də saat 11:00-da Fondun Mingəçevir şəhər şöbəsinin inzibati binasında Mingəçevir şəhərinin və Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34; Mingəçevir şəhər şöbəsində (02427) 4-39-49 Şəki rayon şöbəsində (02424) 4-89-14 Qax rayon şöbəsində (02425) 5-44-33 Zaqatala rayon şöbəsində (02422) 5-54-07 Balakən rayon şöbəsində (02429) 5-18-46 Oğuz rayon şöbəsində (02421) 5-25-40 Qəbələ rayon şöbəsində (02420) 5-06-98 Qəbulda iştirak edəcək vətəndaşların iyunun 18-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Mingəçevir şəhər şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaqdır.
Modern.az