11-12 iyun tarixlərində İranın Ramsar şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 37-ci iclası keçiriləcək. Bu barədə Modern.az-a XİN mətbuat xidmətindən məlumat verilib. Məlumata görə iclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Modern.az