Modern.az

Türkdilli Ölkələrin Parlament Assambleyası Bakıda toplaşacaq

Türkdilli Ölkələrin Parlament Assambleyası Bakıda toplaşacaq

10 İyun 2014, 16:11

Türkdilli Ölkələrin Parlament Assambleyasının beşinci plenar iclası keçiriləcək. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun Modern.az-a verdiyi məlumat görə, türk dilli ölkələrin parlament nümayəndələri Azərbaycanda toplaşacaq.

A.Təvəkküloğlunun sözlərinə görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyənin parlament sədrlərinin və nümayəndə heyətinin iştirakı ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının beşinci plenar iclası keçiriləcək.

“İclas iki gün davam edəcək. İyunun 12-13-də davam edən toplantıda ilk olaraq Assambleya Şurasının beşinci iclası keçiriləcək. Daha sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının beşinci plenar iclası keçiriləcək”.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama