Modern.az

“İslam Partiyasının adının dəyişdirilməsini yalnız Baş Məclisdə müzakirə edə bilərik” - AÇIQLAMA

“İslam Partiyasının adının dəyişdirilməsini yalnız Baş Məclisdə müzakirə edə bilərik” - AÇIQLAMA

Təhsil

10 İyun 2014, 17:14


“İslam Partiyasının adının dəyişdirilməsi məsələsi gündəmdə deyil və biz bunu müzakirə etməmişik”. Bunu Modern.az saytına açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov partiyanın adının dəyişdirilməsi ilə bağlı yayılan məlumatı  şərh edərkən deyib. Qeyd edək ki, məlumatda vurğulanır ki, Ədliyyə Nazirliyi AİP rəsmilərinə partiyanın adının dəyişdiriləcəyi təqdirdə qeydiyyat məsələsinə baxılacağının mümkünlüyünü deyib.

E. Manafovun sözlərinə görə, Ədliyyə Nazirliyi  qeydiyyat məsələsinə görə  partiyanın adının dəyişdirilməsi tələbi ilə çıxış etməyib. E. Manafov bildirib ki, onlar birmənalı olaraq partiyanın adının dəyişdirilməsini istəmirlər. “Biz əlbəttə ki, indiki adı istəyirik. İslam Partiyasının ali orqanı Baş Məclisdir. Biz partiyanın adının dəyişdirilməsi kimi mühüm məsələni orda müzakirə edə bilərik. Həmçinin partiyanın lideri Hacı Mövsüm Səmədovun xeyir-duasını da nəzərə almalıyıq”,-deyə partiya rəsmisi söyləyib.  

Qeyd edək ki, 1995-ci ildən AİP-in qeydiyyatı ləğv edilib. Sözügedən partiya həmin vaxtdan  bu günə qədər Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu