Modern.az

Sumqayıtlı gənc itkin düşdü- FOTO

Sumqayıtlı gənc itkin düşdü- FOTO

Təhsil

10 İyun 2014, 17:39

Ailə çox pərişan vəziyyətdədir.

Sumqayıt şəhər sakini Elnur Fərəcov mayın 24-dən yoxa çıxıb. 

Modern.az xəbər verir ki, qohumlarının "Qafqazinfo"ya verdikləri məlumata görə, 1998-ci il təvəllüdlü Fərəcov Elnur Nizami oğlu bu ilin may ayının 24-də evdən çıxıb və geri qayıtmayıb. Elnur evdən çıxan zaman mobil telefonunu evdə qoyub. 

Valideynləri onun oğurlanmasından və ya qaçırılmasından şübhələnirlər. Yaxınları bildiriblər ki, ailə çox pərişan vəziyyətdədir. 

Elnur haqqında məlumatı olan şəxslərdən 055-288-66-62 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur. 

  Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu