Modern.az

Rövşən Rzayev: “Çox sayda erməni Azərbaycanda yaşamaq üçün müraciət edir”

Rövşən Rzayev: “Çox sayda erməni Azərbaycanda yaşamaq üçün müraciət edir”

Təhsil

10 İyun 2014, 18:20


Erməni yazıçısı Lyubik Çibuxçyan siyasi sığınacaq almaq xahişi ilə Azərbaycan Prezidentinə müraciət etməyə hazırlaşır.

Məsələ ilə bağlı Modern.az saytına münasibət bildirən Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev, belə müraciətlərin baş verməsinin normal hal olduğunu  deyib. Onun sözlərinə görə Ermənistanda vəziyyət olduqca pis olduğundan erməni yazıçı Azərbaycana gəlmək arzusu normaldır.  

“Bu yeni hal deyil, bir çox adam belə müraciətlər edib. Bu daxildə olan problemlərdən asılı olan məsələdir. Sadə vətəndaşlar normal həyat yaşamaq istəyir. Amma bugünkü Ermənistan hakimiyyətini zəbt edən insanlar, Ermənistan xalqına xidmət etmirlər. Öz şəxsi maraqlarını ön planda tutaraq siyasət yürüdürlər. Ona görə də bundan sonra da olacaq”,-deyə R. Rzayev   bildirib.  

 

Ayşən Mönsümlü

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu