Modern.az

İsrailin yeni prezidenti seçildi

İsrailin yeni prezidenti seçildi

Təhsil

10 İyun 2014, 18:26

İsrail Knessetində keçirilən səsverməyə əsasən keçmiş spiker Reuven Rivlin ölkə başçısı seçilib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, səsvermənin 2-ci turunda Rivlin Meit Şitriti (A-Tnua partiyasından) məğlub edib. Knessetin spikeri Yuli Edelşteynin elan etdiyi səsvermə nəticələrinə əsasən Rivlinə 63, Şitritə isə 53 deputat səs verib. Parlamentdə uzun müddət “Likud” partiyasının üzvü olmuş Reuven Rivlin bundan öncə 2007-ci ildə prezident kürsüsü uğrunda mübarizədə  Şimon Peresə uduzmuşdu.

Rivlin evli və 4 uşaq atasıdır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu