Modern.az

Nazirlik: əsas heyvandarlıq yataqları işğal olunmuş ərazilərdədir – 200 min hektar

Nazirlik: əsas heyvandarlıq yataqları işğal olunmuş ərazilərdədir – 200 min hektar

Təhsil

10 İyun 2014, 18:38

Havaların isti və quraq keçməsi rayonlarda mal-qaranın yemlənməsi üçün çətinlik yaradıb. Fermerlər mal-qaranı otarmaq üçün otlaq sahəsi tapmaqda çətinlik çəkir. Əsas heyvandarlığın və ot yataqlarının zəngin olduğu rayonların işğal altında olması fermerlərə də ciddi problemlər yaradıb. Hazırda Azərbaycanda mövcud olan ot yataqları isə fermerlərin tələbatını ödəmir. Bu arada onu da qeyd edək ki, Nazirlər Kabinetinin sərəncamına görə, hər bir rayonda vətəndaşların ümumi istifadəsi üçün torpaq sahələri olmalıdır. Xüsusən əhali daha çox heyvandarlıqla məşğul olan rayonlarda. Bundan başqa, göllərə, çaylara və bir sıra qorunan ərazilərə bitişik torpaqların satılması qadağandır.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də Modern.az-a əsas otlaqların işğal altında olduğunu təsdiqlədi. Onun sözlərinə görə, hazırda ölkə üzrə 597 min hektar yaylaq ərazisi var. Bu ərazilərin 200 min hektarı işğal altında olan Kəlbəcər, Laçın rayonlarının payına düşür. Qış otlaqlarının da böyük bir hissəsinin işğal altındakı rayonların payına düşdüyünü deyən M. Hacıyevin sözlərinə görə, 1 milyon 200 min hektarlıq qış otlaqlarının 100 min hektarı işğal edilmiş Cəbrayıl, Füzuli rayonlarının ərazisindədir. Artıq may ayının əvvəlindən yaylaqlara köçün başladığını deyən nazirlik sözçüsü onu da bildirdi ki, oktyabr ayında yenidən qışlaqlara köç başlayacaq.

 

Gültəkin ƏLƏSGƏR

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu