Modern.az

Azərbaycanın məşhur oliqarxı ingilis futbol klubunu rəsmən aldı

Azərbaycanın məşhur oliqarxı ingilis futbol klubunu rəsmən aldı

Təhsil

10 İyun 2014, 23:33

Modern.az saytı xəbər verir ki, Azərbaycanın tanınmış iş adamı, "Bakı” klubunun prezidenti Hafiz Məmmədov İngiltərənin "Şeffild Uensdey" klubunun rəsmən sahibi olub.
Bu barədə "Şeffild Uensdey" klubunun saytında məlumat verilib.
Yaxın günlərdə tərəflər arasında bu sövdələşməni İngiltərə Futbol Liqası təsdiq etməlidi.

"Şeffild Uensdey" İngiltərə birinci divizionunda mübarizə aparır.
Təsdiqlənməmiş məlumata görə, klubun prezidenti Milan Mandariç Hafiz Məmmədova "Şeffild Uensdey"i 50 milyon avroya satıb.
Hafiz Məmmədovun məqsədi klubu Premyer Liqaya yüksəltməkdir.

"Mən bu klubun alınması ilə bağlı sövdələşmənin əldə edilməsindən olduqca razıyam. Mən sadiq futbol azarkeşiyəm və xeyli vaxt idi ki, İngiltərə futboluna investisiya etmək barədə düşünürdüm, lakin bunun üçün uyğun klub axtarırdım" -deyə Hafiz Məmmədov "Şeffild Uensdey"in rəsmi saytına bildirib.

Xatırladaq ki, Hafiz Məmmədov bundan əvvəl Fransanın "Lans" klubunu da satın alıb.
Azərbaycanda "Baghlan Group" şirkətinin təsisçisi və sahibi olan Hafiz Məmmədovun həm də bəzi iş məsələlərində nəqliyyat naziri Ziya Məmmədovla ortaq olduğu bildirilir.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu