Modern.az

Mingəçevirdə “Jiquli” motosikletlə toqquşub - 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Mingəçevirdə “Jiquli” motosikletlə toqquşub - 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Təhsil

11 İyun 2014, 09:48

İyunun 11-nə keçən gecə Mingəçevir şəhərində "VAZ" markalı minik avtomobili ilə "İJ" markalı motosikletin toqquşması ağır nəticələnib. Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, toqquşma nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində motosikletin təkərləri və yanacaq çəni yanıb. Hadisə zamanı hər iki sürücüsü müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Motosikletin sərnişini isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu