Milli Məclisin Sosial-Siyasət komitəsinin sədri Hadı Rəcəbli Lənkəranda yaşayan və sosial durumu çətin olan insanlarla görüş keçirib. Modern.az xəbər verir ki, millət vəkili görüşdə onların arzu və istəklərini dinləyib, əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən həyat keçirilən belə görüşlərin önəmini vurğulayıb və bunun dövlətimizin diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırıb.
H.Rəcəbli bildirib ki, dövlət tərəfindən əlil və fiziki imkanları məhdud olan insanların sağalması və cəmiyyətə inteqrasiya olunması üçün lazım olan bütün tədbirlər görülür. Reabilitasiyası sahəsində də aparılan ardıcıl işlərdən danışan millət vəkili vurğulayıb ki, burda da mövcud olan qanunvericilik aktları, derektiv sənədlər, əmr və sərəncamlar müvəfəqiyyətlə həyata keçirilir. Millət vəkili əlilləri düşündürən və maraqlandıran bir sıra məsələlərə də toxunub. Onlar qanunlara gələcəkdə əlavələr və dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürüblər. Görüşdə iştirak edən Abbasova Sevil, Muxtarova Xatirə, Əliyev Baba, Museyibova Zivər, Səfərəliyeva Təranə və başqaları dövlətin onlara göstərdiyi qayğı və diqqətə görə ƏƏSMN-nin rəhbərliyinə, onlar üçün yaradılan bu şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.Qeyd edək ki, hər il yüzlərlə fiziki imkanları məhdud olan vətəndaşlarımız ölkəmizin bir sıra rayonlarında dövlət hesabına istirahət və sağlamlıqlarını bərpa edirlər. Belə bölgələrdən biri də Lənkəran rayonudur. Bu günlərdə Əmək və Əhalinin Sosial-Müdafiəsi Nazirliyinin göndərişi ilə 70-ə yaxın fiziki imkanları məhdud olan insan “Palıdlı-Sahil” istirahət mərkəzinə göndərilib.