Rusiya prezidenti Valdimir Putinlə Almaniya kansleri Angela Merkel arasında növbəti telefon danışığı olub. Modern.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıq zamanı Rusiya təbii qazının Ukraynaya nəqli ilə bağlı danışıqlar formatı müzakirə edilib.
V. Putin vurğulayıb ki, yaranmış çətinliklərə baxmayaraq Rusiya nümayəndə heyətinə qarşlıqlı razılığın əldə olunması üçün konstruktiv mövqedən çıxış etmək səlahiyyəti verilib.Qeyd edək ki, hər iki dövlət liderinin Ukraynadakı böhranla bağlı telefon danışıqları vasitəsilə apardığı müzakirələr intensiv xarakter alıb.
Aqşin Kərimov