Modern.az

Azərbaycanda avtobus sürücülərinin vahid geyimi üçün “Fənərbaxça”nın rəngləri seçildi

Azərbaycanda avtobus sürücülərinin vahid geyimi üçün “Fənərbaxça”nın rəngləri seçildi

Təhsil

11 İyun 2014, 12:07

“Sürücülərə veriləcək yeni vahid forma haqqında ətraflı açıqlama verə bilmirik. Çünki vahid formalar üçün 2 rəng arasında seçim ediləcək. Hələ qərar qəbul olunmayıb”. Bunu Modern.az saytına Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov sürücülərə veriləcək vahid forma haqqında danışarkən deyib.

“Nəzərdə tutulan rənglərdən biri sarıya çalan boz, digəri isə göy olacaq. Geyim dəstinin hansı predmetlərdən ibarət olacağı isə rəng seçimindən sonra açıqlancaq”.

Namiq Həsənov avtobus sürücülərinin daha səliqəli görünməsi, nizam-intizamlı olması üçün köklü dəyişikliklər ediləcəyini, sürücülük bacarmayan, həmçinin, işini normal həyata keçirə bilməyən sahibkarların bu sahədən uzaqlaşdırılacağını vurğuladı.

Gülşən RAUFQIZI 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu