Modern.az

Krım hökumətində İSTEFA: Baş nazirin keçmiş müavininə yeni vəzifə vəd edildi

Krım hökumətində İSTEFA: Baş nazirin keçmiş müavininə yeni vəzifə vəd edildi

Təhsil

11 İyun 2014, 12:18


Krımın baş nazirinin birinci müavini Rüstəm Temirqaliev istefa verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, bunu öz istəyi ilə gerçəkləşdiyini bildirib. Onun sözlərinə görə Krım Rusiyanın tərkibinə daxil olduqdan sonra Ukrayna hakimiyyəti bir sıra çağırışlar edib.

“Biz çağırışlarla rastlaşdıq. Kiyev hakimiyyəti bizə verilən elektriki, suyu kəsirdi, ərzaq təminatını dayandırırdı. Lakin biz bu problemləri həll edə bildik”,-deyə baş nazirin keçmiş birinci müavini söyləyib.  

Krımın baş naziri Sergey Aksonyov isə R. Temirqalievə təşəkkür edərək yaxın zamanlarda onun Krım rəhbərliyində məsləhətçi funksiyalarını yerinə yetirəcəyini bildirib.  

 

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu