Modern.az

“İlham Mirzəyev həbs müddətinin uzadılmasından narazıdır” - Vəkil

“İlham Mirzəyev həbs müddətinin uzadılmasından narazıdır” - Vəkil

Təhsil

11 İyun 2014, 12:37


“İlham Mirzəyevin həbs müddətinin uzadılmasına reaksiyası yaxşı ola bilməz, baxmayaraq ki, səhhəti normaldır, ailəsi ilə mütəmadi olaraq görüşür”. Bunu Modern.az-a açıqlamasında onun vəkili Xanlar Bayramzadə bildirdi.

Vəkilin sözlərinə görə, həbs müddətinin uzadılması səbəbi istintaq sirri olduğu üçün açıqlana bilməz.
“Düşünürəm ki, bunu uzatmağın mənası yoxdur. Nə qərar qəbul olunacaqsa, olunsun. Uzatmağın nə mənası?!.

Bundan sonra növbəti bir ay da gözləyəcəyik. Yalnız bir aydan sonra istintaq bitəcək, iş məhkəməyə veriləcək”.

İ.Mirzəyevin Şahin Sultanovla bir kamerada saxlanılmasından xəbərsiz olduğunu vurğulayan vəkil, növbəti 1 ayın keçməsini gözlədiklərini bildirdi.

Qeyd edək ki, “Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq gedir.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu