Modern.az

“Qalatasaray”ın baş məşqçisi Mançini istefaya göndərildi

“Qalatasaray”ın baş məşqçisi Mançini istefaya göndərildi

Təhsil

11 İyun 2014, 16:09



İstanbulun “Qalatasaray” klubu baş məşqçisi Roberto Mançini ilə yolları ayırmaq qərarı verib. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Rəsmi xəbərə görə, “Qalatasaray” klubu Mançinin istəyinə uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə italiyalı mütəxəssislə əməkdaşlığı dayandırdığını elan edib. İstanbul təmsilçisi klubdakı faəliyyətinə görə Mançiniyə təşəkkürünü bildirib.

Xatırladaq ki, R.Mançini Fatih Terimin istefasından sonra 2013-cü ilin oktyabrın 1-də "Qalatasaray"la müqavilə imzalamışdı.

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu