Modern.az

Akademiyada əməkdaşların mənzil ala bilmək imkanlarından danışılıb

Akademiyada əməkdaşların mənzil ala bilmək imkanlarından danışılıb

Təhsil

11 İyun 2014, 17:02

Bu gün AMEA Azad Həmkarlar İttifaqının növbəti iclası keçirilib. Tədbirdə bir çox məsələlərlə bağlı akademiya əməkdaşlarının mənzil-məişət məsələlərinə də toxunulub. Modern.az xəbər verir ki, AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İşlər İdarəsinin sədr müavini Sərdar Əliyev Akademiya əməkdaşlarının mənzil-məişət problemlərinin həlli məsələsinə də toxunub. O, bu məqsədlə kooperativ binaların tikilməsi üçün güzəştli ipoteka kreditlərinin alınmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Həmçinin Xızıda AMEA-ya məxsus olan torpaqlardan səmərəli istifadə, gənclərin elmə cəlb edilməsi məqsədi ilə tədbirlərin görülməsi və s. məsələlərin həllinin vacibliyini vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu