Modern.az

Məleykə Abbaszadə TQDK-nın saxta səhifələrinə qəzəblənib

Məleykə Abbaszadə TQDK-nın saxta səhifələrinə qəzəblənib

Təhsil

11 İyun 2014, 17:38


Modern.az
-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi facebook səhifəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müraciətdə TQDK adı ilə yaradılmış saxta səhifələrdən uzaq durmaq tövsiyə olunub: “Facebook istifadəçilərinin nəzərinə! Əziz dostlar! Apardığımız araşdırmalar göstərir ki, facebook sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir və həmin səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş, yanlış məlumatlar yerləşdirilir.

Nəzərinizə çatdırıq ki, TQDK-nın bundan başqa (//www.facebook.com/eTQDK?fref=nf)  heç bir rəsmi facebook səhifəsi fəaliyyət göstərmir. Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta facebook səhifələrindən istifadə etməyəsiniz. Həmin saxta səhifələrin bir çoxunun adlarını sizə təqdim edirik:

 1. TQDK sualları                                 

 2. TQDK tipli suallar

 3. TQDK və magistratura

 4. Araz, Zirvə, Hədəf və TQDK sualları

 5.Test tapşırıqları-TQDK

 6.Təhsil TQDK

 7. TQDK və abituriyent

 8. TQDK kitabları

 9. TQDK tarix

10. Məntiq və TQDK

11. TQDK Azərbaycan

12. TQDK 2014 və 2015

13. TQDK-Bilik qiymətləndirilir”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu