İqtisadi İnkişaf Nazirliyi paytaxtın bəzi topdansatış mərkəzlərində unun bahalaşması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Modern.az-a verdiyi məlumata görə, son bir ayda nazirlik yanında Antiinhisar Siyasəti və İstehsalçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlərində unun qiymətində bahalaşma qeydə alınmayıb.
Qeyd edək ki, unun bahalaşması ilə bağlı məlumatlar yayılıb. Ölkədə un istehsalı və idxalı ilə məşğul olan aparıcı şirkətlər bildiriblər ki, 50 kiloluq kisənin qiyməti 30 qəpik artıb. Bahalaşmanın əsas səbəbi kimi dünya bazarında unun və buğdanın qiymətinin artması göstərilir.
Gültəkin ƏLƏSGƏR