Modern.az

Bakıda fabrik partladı: 4 nəfər yandı

Bakıda fabrik partladı: 4 nəfər yandı

Təhsil

11 İyun 2014, 18:00


Nizami rayonunda Ocaq ASC-yə məxsus mebel fabrikinin ərazisində yerləşən ümumi tutumu 50 kub m olan taxta yonqarı bunkerində yanğınla nəticələnən partlayış baş verib.

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın nəticəsində bunkerin içərisindəki və altına yığılmış taxta yonqarı, taxta məmulatları 25 kv.m sahədə yanıb.


Partlayış zamanı şəxsiyyətləri məlum olmayan 4 nəfər fəhlə müxtəlif dərəcəli xəsarətlərlə yanğın bölmələri hadisə yerinə çatana kimi işcilər tərəfindən Yanıq Mərkəzinə və 1 saylı Mərkəzi Klinik Xəstəxanaya aparılıblar. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu