Mosul şəhərini nəzarətdə saxlayan “İraq və Şam İslam dövləti” qruplaşması şəhərdəki Türkiyə konsulluğunu da ələ keçirib. Modern.az saytı Qərb informasiya agentliklərinə istinadən xəbər verir ki, terrorçular Türkiyənin Mosuldakı konsulu və 2-si uşaq, 3-ü qadın olmaqla ümumilikdə 42 nəfəri girov götürüblər. Qruplaşma üzvləri hələ ki heç bir tələb irəli sürməyib.
Modern.az