Modern.az

Türkiyə hökuməti baş konsula görə təcili toplandı

 Türkiyə hökuməti baş konsula görə təcili toplandı

Təhsil

11 İyun 2014, 19:50


Türkiyənin Mosuldakı baş konsulu “Əl Qaidə” terror qruplaşmasına bağlı İraq İslam Şam Dövləti (İŞİD) təşkilatı tərəfindən qaçırılması Ərdoğan hakimiyyətini təcili müşavirə keçirməyə vadar edib.  Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İraqda İŞİD militanları İraqın Mosul şəhərindəki Türkiyənin baş konsulu Öztürk Yılmaz və konsulluğun bir neçə əməkdaşını girov götürməsinə Ankaranın reaksiyası sərt olub.

Məsələ ilə bağlı Türkiyə hökuməti Ankarada təcili olaraq müşavirə keçirib. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, onun müavini Bəşir Atalay, kəşfiyyat naziri Hakan Fidan və digər hökumət nümayəndələri məsələ ilə bağlı müzakirə aparıblar. Türkiyə baş nazirliyindən verilən açıqlamaya görə məsələ yaxından izlənilir.    

Türkiyə baş nazirinin müavini Bülənt Arınç isə bildirib ki, İraq baş naziri Nuri-Əl Malikini səriştəsizlikdə ittiham eidb. Onun sözlərinə görə Türkiyə Mosulun radikal qrupların əlinə keçməsinə göz yummayacaq.   Türkiyə prezidenti Abdulla Gül də bu cür halların yolverilməz olduğunu vurğulayıb.  

Qeyd edək ki, İŞİD-in Mosulu nəzarətə götürüb.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu