Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İraqın Mosul şəhərində türk baş konsulluğunun əməkdaşlarının İraq Şam İslam Dövləti (İŞİD) adı ilə tanınan silahlı qruplar tərəfindən qaçırılmasına münasibət bildirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ABŞ-da səfərdə olan xarici siyasət idarəsinin rəhbəri bununla bağlı sərt bəyanat verib. O bildirib ki, kimsə, hansısa qüvvə Türkiyənin qüdrətini sınağa çəkməməlidir.
Ə. Davudoğlu Mosuldakı hadisələrə görə İraq hökumətinin məsuliyyət daşıdığını bildirib.
Qeyd edək ki, Ə. Davudoğlu ABŞ-dan ölkəsinə yola düşüb.
Xatırladaq ki, Türkiyənin Mosuldakı baş konsulu Öztürk Yılmazı və sözügedən diplomatik nümayəndəliyin əməkdaşlarını İŞİD girov götürüb.
A. Kərimov