Mosuldakı Türkiyə baş konsulluğunun əməkdaşlarının İraq Şam İslam Dövləti (İŞİD) tərəfindən qaçırılmasına görə rəsmi rəsmi Ankara NATO-nu təcili toplanmağa çağırıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi NATO və BMT-ilə yaranmış gərginliyi müzakirə etmək üçün səylər göstərdiyini açıqlayıb.
Diplomatik qaynaqlar bildirir ki, Türkiyənin tələbi ilə yaxın saatlarda NATO-nun iclası keçiriləcək.ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki isə türk vətəndaşlarının girov götürülməsini tənqid edib. O bildirib ki, ABŞ, Türkiyə tərəfinin və beynəlxalq ictimaiyyətin diplomatları azad etməsi tələbinə dəstək verir. Qeyd edək ki, İŞİD Türkiyənin Mosuldakı baş konsulu Yılmaz Öztürkdə də daxil olmaqla konsulluğun əməkdaşlarını girov götürüblər.
Modern.az