İraq Şam İslam Dövləti (İŞİD) yaraqlıları İraqda bir-birinin ardınca iri yaşayış məntəqələrinə nəzarəti ələ keçirirlər.
Virtualaz.org “Əl-Ərəbiyə” kanalına istinadən xəbər verir ki, İŞİD yaraqlıları Mosulun ardınca Tikrit şəhərinə də nəzarəti ələ alıblar. Şəhər polisinin rəisi Tikritin artıq yaraqlıların əlində olduğunu bildirib. O, məlumat verib ki, yaraqlılar şəhərə şimal, qərb və cənub istiqamətlərdən hücum ediblər. İŞİD yaraqlıları Tikrit həbsxanasından 300-dən çox tərəfdarlarını azad ediblər. Tikrit İraqın keçmiş diktatoru Səddam Hüseynin doğma şəhəridir.
Xəbərlərə görə İŞİD yaraqlıları Səlahəddin bölgəsinin Bayca şəhərini də tutublar. Orada ölkənin iri neftayırma zavodu yerləşir. Fəlluca və Ramadi şəhərləri də bir neçə aydır İŞİD yaraqlılarının əlindədir. Bu qruplaşmanın üzvləri Suriyanın şərqində də geniş əraziyə nəzarət edirlər.
Modern.az