Modern.az

“Mingəçevir su anbarının seysmik zonada olmağı çoxdan bəllidir”

“Mingəçevir su anbarının seysmik zonada olmağı çoxdan bəllidir”

Təhsil

12 İyun 2014, 11:13


“Mingəçevir seysmik zonada yerləşir. Ara-sıra orada zəif zəlzələlər baş verir. Belə ki, su anbarının zəlzələ zonasında olması çoxdan aydındır. Heç bir həyəcan təbilinə ehtiyac yoxdur”. Bunu Modern.az-a deputat Aydın Mirzəzadə deyib.

“Su anbarı inşa olunarkən bütün bu faktorlar nəzərə alınaraq inşa olunub. Ən güclü zəlzələnin belə anbara zərər vermə ehtimalı çox zəifdir”.

“Fəaliyyət göstərdiyi 60 il ərzində müxtəlif gücdə zəlzələlər olsa da, su anbarına hər hansısa bir zərər vurmayıb. Digər tərəfdən onu da qeyd edim ki, artıq bir neçə ildir ki, su anbarının qorunması Fövqəladə Hallar Nazirliyinə verilib. Nazirlik, anbarın qorunması ilə bərabər müvafiq qabaqlayıcı tədbirlər görməklə də məşğul olur”, – deyə A. Mirzəzadə əlavə edib.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında Mingəçevir su anbarının altında zəlzələ ocağı yerləşdiyini, orada kompleks tədqiqatlar aparmaq lazım olduğunu bildirib.

Ayşən Mönsümlü

 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu