Modern.az

Elmlər Akademiyasında “plagiat ovu” başladı

Elmlər Akademiyasında “plagiat ovu” başladı

12 İyun 2014, 11:41

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda plagiatlıqla bağlı faktın aşkarlanması AMEA-nın digər institut və təşkilatlarında da ciddi araşdırmalara rəvac verib.  

Modern.az saytının xəbərinə görə, AMEA rəhbərliyinin göstərişi ilə artıq bütün bölmələrdə ciddi yoxlamalara başlanılıb. Məlumata görə, AMEA-nın bir sıra institutlarında çalışan alimlərin elmi əsər və məqalələrinin qiymətləndirməsinə qərar verilib.

Qeyd edək ki, AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşları professor Ağadadaş Qafarov və dosent İlkin Soltanlının deputat-akademik Ziyad Səmədzadənin “İqtisadiyyat ” qəzetində dərc etdikləri məqalənin rus müəllifindən oğurlandığı üzə çıxıb. Bu səbəbdən institutun direktoru, professor Nazim İmanov fövqəladə iclas keçirərək, İ.Soltanlıya ciddi xəbərdarlıq verib, A.Qafarovu isə elmi qurumdan uzaqlaşdırıb.

AMEA Rəyasət Heyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, plagiatlıq faktı aşkarlandıqdan sonra rəsmi məlumat verilə bilər. Yoxlamaların aparılması isə institut rəhbərliyinin səlahiyyətində olan məsələdir.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi