Modern.az

Müəllimlərin sınaq qiymətləndirilməsi bölgələrdə də tətbiq ediləcək - NAZİR

Müəllimlərin sınaq qiymətləndirilməsi bölgələrdə də tətbiq ediləcək - NAZİR

Təhsil

12 İyun 2014, 12:44


Azərbaycanın müstəqilliyi bərpa edilən gündən təhsil sahəsində fəaliyyət göstərən müəllimlərin bilikləri, metodik və kommunikativ yanaşma bilikləri barədə sistemli məlumat yoxdur.

Belə bir diaqnostik qiymətləndirmə heç vaxt keçirilməyib. Hazırda Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinin həyata keçirilməsi mövcud potensialın müəyyən edilməsindən ibarətdir.

APA-n;n məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat xarakterli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sınaq qiymətləndirilmə təhsil sistemində qəbul olunmuş və geniş istifadə edilən alətdir. Nazir qeyd edib ki, bu sahədə qəbul olunan istənilən qərarın düzgün məlumata əsaslandırılması vacibdir:

“Bakıda fəaliyyət göstərən məktəblərin sınaq qiymətləndirmə 30 minə yaxın müəllimi əhatə edir. Növbəti mərhələdə Müəllimlərin Sınaq Qiymətləndirilməsi bütün ölkə ərazisində tətbiq ediləcək”.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu