Modern.az

Mikayıl Cabbarov xaricdə təhsil alanların sayını açıqladı

Mikayıl Cabbarov xaricdə təhsil alanların sayını açıqladı

Təhsil

12 İyun 2014, 13:06

“Ötən il 2013-cü ildə dövlət proqramı ilə 787 tələbə xaricdə təhsil almağa göndərilib. Nazirlik dövlət proqramı ilə xaricdə təhsil almaq istəyənlərə say məhdudiyyəti qoymur”. Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, nazirliyin əsas diqqəti tələbənin akademik göstəricilərinə yönəlməkdədir. “Əsas meyar təhsilin keyfiyyəti, ixtisasın prioriteti, təhsil alacağı yerin nüfuzu, həmin ixtisasa olan tələbat və tələbənin akademik göstəriciləri və keyfiyyətləridir”. Nazir buraxılış imtahanları ilə bağlı bildirib ki, attestatların verilməsi qanunvericilik çərçivəsində həyata keçiriləcək: “Ötən il ilk dəfə tətbiq olunan qayda hüquqi-normativ aktlara əsasən tənzimlənib və qüvvəsindədir. Buraxılış imtahanlarında iştirak edən şagirdlər bu il də ötən ilki kimi imtahan verəcəklər və attestat əldə edəcəklər”.  

Rafiq Qənbərov
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu